Eyni gündə doğulub, eyni gündə Şəhid oldular

Eyni gündə doğulub, eyni gündə Şəhid oldular

Eyni gündə doğulub, eyni gündə də Şəhid olan Nazir və Tacir qardaşları

2000-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn qardaşlarının son aqibəti də eyni oldu.

10 uşaqlı ailənin sonbeşiyi olan əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir sinifdə oxuyublar. Onlar hərbi xidməti də bir yerdə keçirib. Tacir və Nazir topçu kimi düşmən qüvvələrinin darmadağın edilməsində iştirak edib.

2020-ci ili sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabrda Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olublar.

Döyüşdə göstərdikləri qəhrəmanlığa görə "Vətən uğrunda" medalı ilə təltif olunublar. Əkiz qardaşlar Çullu kəndində dəfn olunub.