"Ermənistandan keçən hissəsini biz çəkək"

"Ermənistandan keçən hissəsini biz çəkək"

Paşinyan Zəngəzur dəhlizindən danışdı: "Ermənistandan keçən hissəsini biz çəkək"

"Üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır".

Bunu Ermənistanın "İctimai" televiziyasına müsahibəsində ölkənin baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, həm mövcud yollarda, həm də çəkiləcək magistrallarda kommunikasiyanın açılması məsələləri müzakirə olunub:

"Üçtərəfli işçi qrup İcevan-Qazax, Horadiz-Yerasx (Arazdəyən), Horadiz-Mehri-Ordubad-Yerasx (Arazdəyən) məntəqələri üzrə bütün mümkün marşrutları qeyd edib.

Bizim yanaşmamız belədir ki, Yerasx (Arazdəyən)-Ordubad-Mehri dəmir yolu xəttinin Ermənistan ərazisindən keçən hissəsini biz, Azərbaycan ərazisindən keçən hissəsini isə Azərbaycan çəksin.

2021-ci ilin 11 yanvar tarixində Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə təsdiqlənən üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır".(yeniavaz)